Asiya.az-ın Füzuli Rayon Prokurorluğuna istinadən xəbərinə görə, araşdırmalarla müəyyən edilib ki, 1990-cı il təvəllüdlü Yadigar Şükürov, 1991-ci il təvəllüdlü Rövşən Əlizadə və 1976-cı il təvəllüdlü Qılman Hüseynovun qeyd edlən ərazidə minatəmizləmə işləri həyata keçirərkən piyada əleyhinə minaya düşmələri nəticəsində Y.Şükürov və R.Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Q.Hüseynovun isə sağ ayağı amputasiya olunub.
Faktla bağlı Füzuli Rayon Prokurorluğunda araşdırma aparılır.