Masallıda 36 yaşlı qadın axtarılır

Masallıda 36 yaşlı qadın axtarılır
  • Masallı / Hadisə / Manşet

  • Masallıda 36 yaşlı qadın evdən çıxaraq naməlum istiqamətə gedib və indiyədək qayıtmayıb. 

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunundan Asiya.az-a verilən məlumata görə Ərkivan qəsəbəsində yaşayan, 1987-ci il təvəllüdlü Ağayeva Gülər Valeh qızından yanvarın 24-ü saat 16 radələrindən xəbər alınmayıb. 

    Gülər Ağayevanın  əlamətləri bunlardır: Boyu 158 sm, gözləri qəhvəyi rəngdədir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, qara rəngli paltar, ayağında idman ayaqqabısı olub.
    Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinin 025-215-3942 telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər