Masallıda 44 yaşlı kişi itkin düşüb

Masallıda 44 yaşlı kişi itkin düşüb
  • Manşet / Olay

  • Masallı rayonunun Ərkivan qəsəbə sakini, 1978-ci il təvəllüdlü Qalib Eynulla oğlu Cəbiyev yanvarın 3-də səhər saatlarında yaşadığı evdən çıxaraq gedib və indiyədək geri qayıtmayıb.

    Asiya.az xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanlarına ailə yaxınları tərəfindən məlumat verilib.

    Belə ki, Qalib Cəbiyevin əlamətləri bunlardır: orta boylu, arıq bədən quruluşlu, gözləri qara rəngdədir. Evdən çıxanda başında qara papaq, əynində göy rəngli cins şalvar və qara rəngli gödəkcə olub.

    Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Masallı Rayon Polis Şöbəsinə 025-215-3942 nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
    PAYLAŞ:

    Oxşar xəbərlər