Mübariz Tağıyev - 75

Mübariz Tağıyev - 75
  • Mədəniyyət

  • Bu gün respublikamızın Xalq artisti Mübariz Tağıyevin doğum günüdür.
    31 yanvar 1948-ci ildə dünyaya göz açan sənətkar bu gün 75-ci yubiley doğum gününü qeyd edir. 
    Bənzərsiz ifaları ilə könüllərdə taxt quran sənətkarın repertuarında əsas yeri vətənpərvər mahnılar tutur. İllərlə sevərək dinlədiyimiz “Ulu torpaq”, “Xatirə”, “Yada sal məni”, “Zəfər nəğməsi” və s. mahnılar xatirəmizə məhz estradamızın sönməz ulduzu Mübariz Tağıyevin ifası ilə həkk olunub. Sənətkar eyni zamanda “Cin mikrorayonda”, “Bircəciyim”, “Yay gününün xəzan yarpaqları” filmlərində və məşhur “Bəxt üzüyü” filmində səslənən mahnıların da ifaçısıdır. 

    Mübariz Tağıyev Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə 2000-ci ildə Əməkdar artist, 16 may 2006-cı ildə isə Xalq artisti fəxri adlarına layiq görülmüşdür.

    Biz də “Asiya.az” İnformasiya Agentliyinin kollektivi adından canlı əfsanəmizi ürəkdən təbrik edir, möhkəm can sağlığı arzu edirik.
    Fərqanə Qafarova
    PAYLAŞ:

    Oxşar xəbərlər