Bu fikirləri Bakupost.az-a millət vəkili Ceyhun Məmmədov deyib.
O qeyd edib ki, bir tərəfdən tələbələr məzun olur, diplom verilir, digər tərəfdən isə onlar təkrar sertifikasiyaya cəlb edilir. Buna həm vaxt, həm enerji, həm də dövlətin vəsaiti gedir:
"Hesab edirəm ki, bu prosesə paralel olaraq universitetlərdə təhsilin keyfiyyəti qaldırılmalıdır. Artıq elə bir sistem qurmalıyıq ki, universitetlər məktəblərimiz üçün sağlam, bilikli kadrlar yetişdirsin və onların da yenidən sertifikasiyaya cəlb olunmasına ehtiyac qalmasın. Artıq o mərhələyə gəlməliyik ki, universitetlər normal, bilikli, savadlı mütəxəssislər yetişdirə bilsinlər”.