Putindən Krim körpüsünün vurulmasına sərt reaksiya: "Cavabımız ağır olacaq"

Putindən Krim körpüsünün vurulmasına sərt reaksiya: "Cavabımız ağır olacaq"
  • Siyasət

  • Rusiyanı Krım yarımadası ilə birləşdirən Krım körpüsünün vurulmasına Putinin cavabı gecikməyib.
     
    Asiya.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiyanın ilhaq etdiyi Krım yarımadası ilə əlaqəsini təmin edən kritik əhəmiyyətə malik Krım körpüsünə gecə saatlarında pilotsuz dəniz vasitələri ilə hücum edilib. Hücum zamanı körpüdən keçən avtomobildə olan şəxslər həyatını itirib, uşaqları isə yaralanıb. Körpü nəqliyyatın hərəkəti üçün bağlanıb, hadisə nəticəsində böyük ziyan dəyib.
     
    Hücumdan sonra hökumət rəsmiləri ilə görüş keçirən Rusiya prezidenti Vladimir Putin hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib: "Bu, Kiyev rejiminin növbəti terror hücumudur. Krım körpüsü hərbi yüklərin daşınması üçün istifadə edilmədiyi üçün, günahsız dinc insanların həlak olduğu bu vəhşi hücum, onlar üçün də hərbi məna daşımır. Təbii ki, bu hadisəyə Rusiyadan ağır cavab gələcək”.
    Gülay
    PAYLAŞ:

    Oxşar xəbərlər