Putinin gödəkçəsinin qiyməti hər kəsi təəccübləndirdi – FOTO

Putinin gödəkçəsinin qiyməti hər kəsi təəccübləndirdi – FOTO
  • Cəmiyyət

  • Krım körpüsündə yoxlamalar aparan Rusiya lideri Putin geyindiyi gödəkçə ilə gündəmə gəlib.

    Asiya.az xəbər verir ki, oktyabrın 8-də vurulan və qismən zədələnən Krım körpüsünə gedən Putin burada açıqlamalar verib. Rusiya ilə ilhaq edilmiş Krım arasında körpü kimi tanınan və oktyabrayında Ukrayna tərəfindən vurulan körpüdə araşdırmalar aparan Putinin geyindiyi gödəkçə sosial medianın gündəmi olub.

    Məlum olub ki, Putinin üzərindəki gödəkçə italyan markası "Loro Piana”ya məxsusdur və qiyməti təxminən 23 min dollardır.

    Digər tərəfdən Putin körpüdə maşın sürərkən görüntülənib. Lakin videolarda Putinin "Mercedes” markalı avtomobili idarə etdiyi görünüb ki, bu da istehza xarakteri daşıyıb. Putini tənqid edən bəzi sosial media istifadəçiləri "Niyə Almaniya istehsalı olan "Mercedes” əvəzinə Rusiya istehsalı olan avtomobildən istifadə etmir?” şərhini yazıblar.
    Ayşən
     

     
    PAYLAŞ:

    Oxşar xəbərlər