İlham Əliyev sabiq deputatı təltif etdi

İlham Əliyev sabiq deputatı təltif etdi
  • Manşet / Siyasət

  • Prezident İlham Əliyev Sudeif Bəşir oğlu İmamverdiyevin 1-ci dərəcəli "Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb. 

    Bununla bağlı President.az məlumat yayıb. 

    Sərəncama əsasən, S.İmamverdiyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında və elmi-pedaqoji sahədə uzunmüddətli səmərəli fəaliyyətinə görə təltif edilib.

    Qeyd edək ki, S.İmamverdiyev Türk Ağsaqqalları Birliyinin sədri, sabiq deputat, AMEA-nın müxbir üzvü, uroloq, tibb elmləri doktoru, professordur.
    PAYLAŞ:

    Oxşar xəbərlər