Ramiz Mehdiyev adının siyahıdan silinməsindən danışdı: "Özbaşınalıqdır"

Ramiz Mehdiyev adının siyahıdan silinməsindən danışdı: "Özbaşınalıqdır"
  • Manşet / Siyasət

  • "Mənim adımın Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidentləri siyahısından çıxarılması düzgün deyil. Hesab edirəm ki, bu, özbaşınalıqdır".

    Asiya.az xəbər verir ki, bunu "Unikal"a açıqlamasında AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyev deyib.

    "Onların bunu etməyə ixtiyarı yoxdur. Bu, qanun pozuntusudur", - deyə o əlavə edib.

    Qeyd edək ki, AMEA-nın sabiq prezidenti Ramiz Mehdiyevin adı akademiyanın saytında sabiq prezidentlərin siyahısından çıxarılmışdı.
    PAYLAŞ:

    Oxşar xəbərlər