Masallıda vətəndaşlarla görüş baş tutacaq

Masallıda vətəndaşlarla görüş baş tutacaq
  • Masallı / Sosial

  • Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov Masallıda vətəndaşları qəbul edəcək.

    Asiya.az
    xəbər verir ki, 22 sentyabr saat 11:00-da Masallı rayonu Heydər Əliyev Mərkəzinin inzibati binasında keçiriləcək qəbulda Masallı və Yardımlı rayonlarının sakinləri iştirak edəcəklər.
    Qəbula yazılmaq istəyənlərin Masallı rayonu “47 №-li Yol İstismarı” və Yardımlı rayonu “51 №-li Yol İstismarı” MMC-lərdə öncədən qeydiyyatdan keçmələri xahiş olunur.
    Qeyd edək ki, vətəndaşlar qəbula şəxsiyyətlərini təsdiq edən sənədlə gəlməli və qaldırdıqları məsələlər agentliyin səlahiyyətlərinə aid olmalıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər