Baş prokuror Masallıda sakinləri qəbul edəcək

Baş prokuror Masallıda sakinləri qəbul edəcək
  • Sosial / Manşet

  • Baş prokuror Masallı, Cəlilabad və Yardımlı rayonlarının sakinləri ilə görüşəcək. 

    Asiya.az
    xəbər verir ki, Kamran Əliyev 17 iyun saat 10:00-da Masallı rayon prokurorluğunun inzibati binasında görüş keçirəcək. Qəbulda sözügedən rayonların sakinləri iştirak edə biləcəklər.

    Həmçinin bildirilb ki, Cəlilabad və Yardımlı rayon sakinlərinin Masallı rayonuna gəlmələrinin təşkili müvafiq rayon prokurorları tərəfindən həyata keçiriləcək.

    Görüşdə iştirak etmək istəyən vətəndaşlar yaşadıqları ərazi üzrə rayon prokurorluqlarına yazılı və ya şifahi müraciət etməklə yanaşı, Baş Prokurorluğun Sənədlərlə və müraciətlərlə işin təşkili idarəsinin (012) 361-14-07 nömrəsi və [email protected] elektron poçt ünvanına, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələrinə (instagram, facebook, telegram, twitter) müraciət edə bilərlər.
    PAYLAŞ:

    Oxşar xəbərlər