General rütbəsi verilənlər kimdir? - FOTO

General rütbəsi verilənlər kimdir? - FOTO
  • Araşdırma / Siyasət

  • Prezident İlham Əliyevin imzaladığı sərəncamla FHN-in 3 polkovnikinə general rütbəsi verilib.

    Asiya.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, general-mayor ali hərbi rütbəsi verilən Şahin Mirzəyev hazırda Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar naziri vəzifəsini tutur. O, daha əvvəl  FHN-in Şimal Regional Mərkəzinin rəisi və digər vəzifələrdə çalışıb.

    Fotoda Şahin Mirzəyev

    Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən Asif Məmmədli isə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəisi vəzifəsində çalışır. O, bir müddət əvvəl FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti rəisinin birinci müavini vəzifəsindən azad edilərək DYMX-nin rəisi təyin edilib.

    Fotoda Asif Məmmədli

    Daxili xidmət general-mayoru ali xüsusi rütbəsi verilən digər polkovnik Aqşin Kazımova gəlincə, o, hazırda Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis vəzifəsində çalışır.

    Fotoda Aqşin Kazımov

    Qeyd edək ki, Prezidentin sərəncamı ilə general-mayor Etibar İsmayılovun də rütbəsi artırılıb. General-leytenant rütbəsi verilən E.İsmayılov hazırda FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin rəisidir.
    PAYLAŞ:

    Oxşar xəbərlər