Dünyanın ən güclü pasportları bəlli oldu: Siyahıda Azərbaycan da var

Dünyanın ən güclü pasportları bəlli oldu: Siyahıda Azərbaycan da var
  • Siyasət

  • Hazırda dörd Avropa ölkəsi dünyanın ən güclü pasportlarına malikdir.
        
    Asiya.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə statistik məlumat "Henley Passport Index" saytında dərc olunub.
     
    Məlumatda Fransa, Almaniya, İtaliya və İspaniya yeni siyahıda birinci yeri əvvəlki illərdə birinci olan Sinqapurla bölüşüblər.

    Ötən il üçüncü yerə enən Yaponiya da yenidən zirvəyə yüksəlib.

    Ən yüksək yer tutan ölkələrin vətəndaşları 194 ölkəyə vizasız gedə bilər. 
     
    Saytın yeni 2024-cü il reytinqində ilk 10-luğa əsasən Avropa ölkələri daxildir.

    Oktyabrın siyahısında Finlandiya və İsveç üçüncü, Cənubi Koreya isə ikinci yerdə qərarlaşıb. Üçüncü yerdə Avstriya, Danimarka, İrlandiya və Hollandiya; Dördüncü yerdə Belçika, Lüksemburq, Norveç, Portuqaliya və Böyük Britaniyadır. Yunanıstan, Malta və İsveçrə beşinci yerdə qərarlaşıb.

    İlk 10-luğu tamamlayan Çexiya və Polşa altıncı yerdə Avstraliya və Yeni Zelandiyaya qoşuldular; Macarıstan Kanada və ABŞ ilə birlikdə yeddinci yerdədir; Estoniya və Litva səkkizincidir; Latviya, Slovakiya və Sloveniya doqquzuncudur; İslandiya isə 10-cu yerdədir.

    İlk 20-liyə daxil olan digər Avropa ölkələri arasında Kipr və Lixtenşteyn (12), Bolqarıstan, Xorvatiya və Rumıniya (13), Monako (14) və Andorra (19) yer alıb.

    Siyahıda 32-ci yerdə olan Ukraynadan sonra bir sıra Balkan ölkələri, o cümlədən Serbiya 37, Şimali Makedoniya 45, Monteneqro
    46 və Albaniya 48-ci yerdədir.

    Moldova 49-cu, Bosniya və Herseqovina və Gürcüstan 50-ci, Türkiyə 52-ci, Belarus 64-cü, Kosovo 68-ci, Azərbaycan 70-ci, Ermənistan 74-cü yerdə qərarlaşıb.

    Siyahıda yer alan 104 ölkə və ərazi arasında Əfqanıstan dünyanın ən zəif pasportuna malik ölkə kimi sonuncu yerdədir.
    PAYLAŞ:

    Oxşar xəbərlər