Astarada dəhşətli qəza - TIR yandı, 3 nəfər öldü

Astarada dəhşətli qəza - TIR yandı, 3 nəfər öldü
  • Astara / Hadisə

  • Astarada baş verən dəhşətli qəza ilə bağlı ətraflı məlumat verilib.

    Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Asiya.az-a bildirildi ki, FHN-in "112” qaynar telefon xəttinə Ələt-Astara yolunun 201-ci kilometrliyində avtomobil yanması barədə məlumat daxil olub.

    FHN -in yanğından mühafizə və Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri məlumatla əlaqədar dərhal hadisə yerinə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən Rusiya Federasiyaaı vətəndaşı Abulaşov Maqomedemin Mamatqeeviç tərəfindən idarə olunan "DAF" markalı T767ET05 Rusiya Federasiyası dövlət qeydiyyat nişanlı yük (TIR) avtomobilinin Əliyev Mirzəmməd Elman oğluna məxsus "BMW" markalı dövlət qeydiyyat nişanlı minik avtomobili ilə toqquşması nəticəsində yanğınla nəticələnən yol qəza hadisəsi baş verib.

    Nəticədə "BMW" markalı minik avtomobilinin yanar hissələri və qismən "DAF” markalı yük avtomobilinin 1 ədəd arxa sol təkəri yanıb. Yanğın yanğından mühafizə bölmələri tərəfindən qısa müddətə söndürülüb.

    Hadisə nəticəsində 3 nəfər həlak olub.

    Həlak olmuş şəxslərin sıxılmış meyitləri FHN qüvvələri tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər