“İmprotex Motors” cərimələnə bilər – SƏBƏB

“İmprotex Motors” cərimələnə bilər – SƏBƏB
  • Araşdırma / İqtisadiyyat

  • “BMW”, “BMW Motorrad”, “MINI”, “Rolls-Royce” və “Yamaha” kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısı olan “Improtex Motors” şirkəti ilə bağlı cərimə protokolu tərtib edilə bilər.
    Tribunainfo.az xəbər verir ki, avtomobil şirkəti “Improtex Motors”un İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan 493-cü maddəsini pozduğu məlum olub. Tələbi pozulan maddəyə görə, gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir.
    “Improtex Motors”la bağlı iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. 15 oktyabr tarixində hakim Anar İbadzadənin sədrliyi ilə işə baxılacaq.
    Qeyd edək ki, yerli avtomobil bazarında ilk rəsmi idxalçı kimi tarixə düşən “Improtex Motors” şirkəti 1998-ci ildə yaradılıb və əsas fəaliyyəti premium sinfi avtomobilləri ilə bağlıdır. “BMW”, “BMW Motorrad”, “MINI”, “Rolls-Royce” və “Yamaha” kimi məşhur markaların Azərbaycanda rəsmi və eksklüziv idxalçısıdır. Onun daxil olduğu holdinq Azərbaycanın keçmiş Əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərova məxsusdur.
    Qarşı tərəfi dinləməyə hazırıq.
    Nigar
    PAYLAŞ:

    Oxşar xəbərlər