Masallıda iki məscidin sənədləri itib

Masallıda iki məscidin sənədləri itib
  • Sosial / Masallı

  • Masallıda iki məscidin şəhadətnaməsi və nizamnaməsi yoxa çıxıb.

    Qaynarinfo-nun verdiyi məlumata əsasən, söhbət 1-ci Yeddioymaq kənd məscidi və Təzəalvadı Cümə məscidindən gedir. Həmin ibadət evlərinin dini icmalarına verilmiş dövlət qeydiyyatı haqqında şəhadətnamə və nizamnamə itib.

    Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil və buna görə də onlar etibarsız sayılır.

    Qeyd edək ki, hər iki sənəd 2010-cu ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən verilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər