Qanunsuz balıq ovlayan Cəlilabad sakinləri saxlanılıb

Qanunsuz balıq ovlayan Cəlilabad sakinləri saxlanılıb
  • Sosial / Cəlilabad

  • Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Baş Mil Muğan Kollektorunda və Varvara su anbarında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

    Asiya.az Təhlükəsizlik Xidmətinə istinadən məlumat verir ki, araşdırma zamanı həmin şəxslərin Cəlilabad rayonu Alar kənd sakinləri Elməddin Bayramov, Mirzə Qiyasov, Ziyafət Qiyasov olduğu müəyyən edilib. Onlardan istifadəsi qadağan olunmuş ov alətləri aşkar edilərək götürülüb.

    Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.
    PAYLAŞ:

    Oxşar xəbərlər