Yardımlıda müəllimlə təhsil sektorunun müdiri əlbəyaxaya çıxdı - VİDEO

Yardımlıda müəllimlə təhsil sektorunun müdiri əlbəyaxaya çıxdı - VİDEO
  • Araşdırma / Hadisə / Masallı / Yardımlı

  • Yardımlı rayon Bürzünbül kənd tam orta məktəbinin fiziki tərbiyə müəllimi Famil Zabidov Lənkəran-Astara Regional Təhsil İdarəsinin Yardımlı rayon sektorunun müdiri Kamal Təhməzovun otağına gədərək məktəbə dərslik və metodiki vəsaitlərin verilmədiyinə görə etiraz edib.

    Müəllim təhsil sektorunun müdirinin iradına məhəl qoymadan telefonu vasitəsilə videoçəkiliş edir. Şikayətçi müəllimlə sektor müdirinin mübahisəsi hətta əlbəyaxa vəziyyətinə gəlib çatır.

    Lənkəran-Astara Regional Təhsil İdarəsi tərəfindən Asiya.az-a verilən açıqlamada bildirilir ki, dərslik və metodiki vəsaitlər fiziki tərbiyə fənni üzrə təhsil proqramı (kurikulum) əsasında hazırlanaraq Elm və Təhsil Nazirliyi tərəfindən müəllim və şagirdlər üçün təqdim olunan video.edu.az, trims.edu.az və e-derslik.edu.az platformalarında yerləşdirilir.

    Digər iddialarla bağlı araşdırma Agentlik tərəfindən nəzarətə götürülüb, məsələ ilə bağlı eyni zamanda hüquq-mühafizə orqanlarına məlumat verilib, hazırda bu istiqamətdə araşdırma aparılır. 
    PAYLAŞ:

    Oxşar xəbərlər