Bakıda güclü yanğın - Böyük tıxac yarandı

Bakıda güclü yanğın - Böyük tıxac yarandı
  • Sosial, Olay

  • Xəzər rayonunun Qala qəsəbəsində güclü yanğın başlayıb.

    Asiya.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramovun verdiyi məlumata görə, yanğın quru otlaq sahəsində olub. Nazirliyin Yanğın Mühafizə Hissəsinin əməkdaşları əraziyə yolanıblar. Yanğının söndürülməsi istiqamətində iş gedir.

    Yanğın səbəbindən Mərdəkan istiqamətində yol bağlanıb. Böyük tıxac yaranıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər