Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR

Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR
  • Cəmiyyət, Manşet, Asiya TV

  • Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdiyi hərbi təxribatın qarşısını alarkən şəhid olmuş mayor Anar Novruzovla eyni həbi hissədə qulluq etmiş zabit yoldaşları və Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin əməkdaşları Masallı rayonu Ərkivan qəsəbəsində şəhid mayorun məzarını ziyarət ediblər.

    Asiya.az
    xəbər verir ki, şəhid mayor Anar Novruzovun zabit yoldaşı, N saylı hərbi hissə komandirinin İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə müavini Polkovnik-leytenant Eşqin Dadaşov şəhidin məzarı başında çıxış edərək Anar Novruzovun döyüş yolundan danışaraq, onun əziz xatitəsinin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edib, xatirə lövhəsinə ürək sözlərini yazıb. O bildirib ki, “Biz xəcalət çəkərik o zaman ki, Anarın qanı yerdə qala! Mən sizə əmin olun deyirəm, biz Ali baş komandanın əmrini gözləyirik. Təqvim tarixi ilə tam dəqiqliyilə açıqlanmasada çox yaxın bir zamanda böyük xoşbəxtçiliyin sevinc hisslərini yaşamaq xalqımıza nəsib olacaq. Bu sözləri sizə qardaşımız Anarın geyimini geyinən silahdaşı deyir.”.

    Sonra şəhidin qardaşı Sucəddin Novruzov Anarın hər zaman öz həbiçi yoldaşları ilə fəxr etdiyini bildirib. “Bu gün mən qürur duyuram ki, Anarın sizin kimi dostları var. Qardaşımın yoxluğunu qəbul edə bilməsəm də buna məcburam. Vətən sağ olsun!”

    Daha sonra şəhid mayorla eyni hərbi hissədə qulluq edən əslən Masallı rayonu Ərkivan qəsəbəsindən olan mayor Murad Həşimov şəhidin ailəsinə başsağlı verib. Anar Novruzovla bağlı xatirələrini bölüşüb. “Anar peşəsinə qarşı ciddi olduğu qədər də yoldaşlıqda zarafatcıl biri idi. Tabeçiliyində olan əsgərlərə hər zaman “Aslan parçaları”deyə müraciət edərdi”.

    Baş leytenant Tərlan Əhmədli şəhid Anar Novruzovun keçdiyi döyüş yolundan, onun “Aprel döyüşləri”-ndə göstərdiyi şücaətdən danışıb.

    Daha sonra şəhidin evinə baş çəkən zabit heyəti ailə üzvləri ilə görüşüb, onlara başsağlığı veriblər.

    Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR
    Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR
    Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR
    Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR
    Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR
    Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR
    Döyüş yoldaşları şəhid Anar Novruzovun məzarını ziyarət etdi - VİDEO/FOTOLAR
    PAYLAŞ:

    Oxşar xəbərlər