Bu gün Gürcüstanda parlament seçkiləridir

Bu gün Gürcüstanda parlament seçkiləridir
  • Dünya / Manşet

  • Oktyabrın 31-də (bu gün) Gürcüstanda onuncu çağırış parlamentinə seçkilər keçirilir.

    Asiya.az
    bildirir ki, bu barədə "Anadolu” agentliyi xəbər verib.

    Ölkədə səsvermə ilk dəfə proporsional sistem üzrə keçirilir ki, bu da o deməkdir ki, mandatların sayı yığılan səslərin faizinə uyğun olacaq.

    Seçkilərdə 3 526 023 Gürcüstan vətəndaşı, o cümlədən 14 170 nəfər ölkə xaricində səs verə biləcək.

    Ümumilikdə seçkilərdə 57 partiya və iki blok iştirak edir.

    Seçki məntəqələri yerli vaxtla saat 8:00-da (Bakı vaxtı ilə saat 8:00-da -red) açılıb və saat 20:00-da bağlanacaq.
    PAYLAŞ:

    Oxşar xəbərlər