BDU-da giriş-çıxışlar bağlanıb? - RƏSMİ

BDU-da giriş-çıxışlar bağlanıb? - RƏSMİ Bakı Dövlət Universitetində (BDU) heç bir yoxlama işləri aparılmır, universitetin giriş-çıxışları bağlanmayıb.

Asiya.az xəbər verir ki, bu sözləri oxu.az-a açıqlamasında BDU-nun mətbuat katibi Pərvanə İbrahimova, universitetlə bağlı yaranan yanlış informasiyalara cavab olaraq bildirib.

O deyib ki, faktı dəqiqləşdirməmiş əsassız məlumat yaymaq düzgün deyil:

“Son hadisələrlə bağlı yanlış xəbərlərin sayı artıb. Universitetdə təftiş komissiyasının olduğu, giriş-çıxışların bağlanması yalan xəbərdir. Bunların heç biri həqiqəti əks etdirmir”.

Xatırladaq ki, BDU-nun rektoru Abel Məhərrəmov ölkə başçısı İlham Əliyevin sərəncamı ilə tutduğu vəzifədən azad edilib.

Oxşar xəbərlər