Siyavuş Novruzovun ordenlərindən ikisini Qorbaçov veribmiş

Siyavuş Novruzovun ordenlərindən ikisini Qorbaçov veribmiş
  • Siyasət, Manşet

  • Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun sosial şəbəkələrdə sinəsi medallarla dolu fotosu yayılıb.

    Asiya.az xəbər verir ki, yayılan fotoyla bağlı S.Novruzov Unikal.org-a açıqlama verib. İcra katibinin müavini bildirib ki, fəaliyyəti dövründə bir sıra medallarla təltif edilib. O, qeyd edib ki, bu müddət ərzində "Şöhrət", I dərəcəli "Vətənə xidmət" ordeni, eləcə də Əfqanıstan və Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə görə medallara da layiq görülüb.

    S.Novruzov bununla yanaşı SSRİ dövründə fəaliyyətinə görə də medallarla təltif edildiyini deyib: "Mixail Qorbaçov məni SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə iki ordenlə təltif edib. General - polkovnik Şpankov adına Qvardiya məktəbini bitirmişəm"
    PAYLAŞ:

    Oxşar xəbərlər