Asiya.az xəbər verir ki, yayılan fotoyla bağlı S.Novruzov Unikal.org-a açıqlama verib. İcra katibinin müavini bildirib ki, fəaliyyəti dövründə bir sıra medallarla təltif edilib. O, qeyd edib ki, bu müddət ərzində "Şöhrət", I dərəcəli "Vətənə xidmət" ordeni, eləcə də Əfqanıstan və Qarabağda gedən döyüşlərdə iştirak etdiyinə görə medallara da layiq görülüb.
S.Novruzov bununla yanaşı SSRİ dövründə fəaliyyətinə görə də medallarla təltif edildiyini deyib: "Mixail Qorbaçov məni SSRİ Ali Sovetinin Rəyasət Heyətinin qərarı ilə iki ordenlə təltif edib. General - polkovnik Şpankov adına Qvardiya məktəbini bitirmişəm"