Asiya.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Masallı RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il martın 29-da Qodman kəndi ərazisində yaşayan Şahzadə Alışovanın həyətində ona taxta parçası ilə xəsarət yetirməkdə şübhəli bilinən həmkəndlisi Peyman Hüseynov saxlanılıb.
Araşdırmalarla onun tamah məqsədilə Ş.Alışovaya qarşı quldurluq etməsi müəyyən edilib.