Məlumata görə, ticarət mərkəzinin dayanacağında maşınları minaaxtaranla yoxlayıb, sonra içəri buraxırlar. İçəridə də nəzarət gücləndirilib.
Məsələ ilə bağlı 28 Mall AVM-dən Axar.az-a bildirilib ki, mərkəzin əlahiddə yoxlanış tətbiq etməsi barədə heç bir məlumat yoxdur.
Daxili İşlər Nazirliyindən isə Axar.az-a bildirilib ki, 28 Mall AVM ilə bağlı hər hansı bir şikayət daxil olmayıb:
"Amma deyildiyi kimi, nəzarət güclənibsə, bu, təhlükəsizlik tədbiri kimi daha yaxşıdır. Arzu edirik ki, bu cür ciddi yoxlanış davamlı olsun”.