Gecə işıqlar söndü, 18 nəfər liftdə qaldı

Gecə işıqlar söndü, 18 nəfər liftdə qaldı
  • Olay

  • Gecə saatlarında elektrik enerjisinin verilişində yaranmış məhdudiyyətlər səbəbindən Bakı şəhəri ərazisində 18 nəfər yaşayış binalarının liftlərində köməksiz vəziyyətdə qalıb.

    Asiya.az-ın FHN-nin saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşların liftdən çıxmasına kömək ediblər.

    Əməliyyatlar uğurla başa çatıb.
    PAYLAŞ:

    Oxşar xəbərlər