Asiya.az Publika.az-a istinadən xəbər verir ki, hadisə rayonun Bayramlı kəndi ərazisində baş verib.
Rayonun Bayramlı kənd sakini olan 1967-ci il təvəllüdlü Qasımov Rəhim Mikayıl oğlu idarə etdiyi "VAZ" markalı avtomobillə qonşusu Cəfərov Rəşid Kamil oğlu, onun qızı Xəyalə, qardaşı Cəmil və qardaşının həyat yoldaşı Samirəni yaxınlıqdakı kənddə keçirilən nişan mərasiminə aparıb. Məclisdən sonra Bayramlı kəndinə qayıdarkən R.Qasımov avtomobilin idarəetməsini itirib və Əsrik dərəsində maşını çaya aşırıb.
Qəza nəticəsində avtomobildəki şəxslərin hamısı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.