Asiya.az xəbər verir ki, Nuşirəvan Məhərrəmli "Ölkə.Az"a açıqlamasında bildirib ki, bu cür hərəkətlər yolverilməzdir.
Şura sədri televiziya və radioda çalışan insanları öz hərəkətlərində məsuliyyətli olmağa çağırıb:
"Əgər onlar efirlərdə aparıcı kimi çıxış edirlərsə, gərək efirdən kənarda da öz hərəkətlərinə fikir versinlər, ədəbsizliklərə yol verməsinlər. Bu cür hərəkətlər Azərbaycan teleməkanına yaraşmayan hərəkətlərdir. Ona görə də televiziya kanalı rəhbərliyi çox doğru qərar verib. Təbii ki, bu cür hallar qətiyyətlə pislənilməlidir. Biz ayrı-ayrı teleaparıcılar haqqında fərdi qaydada danışmırıq. Bütövlükdə, teleradio efirindəki mövcud vəziyyəti izləyirik və ortaya çıxan nöqsanları da həmin teleradio rəhbərlərinin diqqətinə çatdırmışıq".
N.Məhərrəmli Azərbaycanın bütün teleradio məkanında olan mövcud vəziyyətlə əlaqədar televiziya kanalları və radio rəhbərləri ilə geniş söhbət apardığını deyib:
"Ona görə də yaxın vaxtlarda bu sahədə ciddi dəyişikliklər olmalıdır. Qanun imkan vermir ki, biz televiziya və radioların yaradıcılıq işlərinə qarışaq. Amma buna baxmayaraq Milli Televiziya və Radio Şurasının əsas vəzifələrindən biri ictimaiyyətin maraqlarını qorumaqdır".