Azərbaycan haqqında qərəzli fikirlər səsləndirən Fateh Portakal barədə cinayət işi açıldı

Azərbaycan haqqında qərəzli fikirlər səsləndirən Fateh Portakal barədə cinayət işi açıldı
  • Sosial

  • Azərbaycan haqqında qərəzli fikirlər səsləndirən Türkiyənin “Foks” televiziyasının aparıcısı Fateh Portakal barəsində cinayət işi açılıb.

    Asiya.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “CNN türk” informasiya yayıb.

    Fateh Portakal barəsində 10 dekabr 2018-ci il tarixində “Foks” telekanalının əsas xəbər buraxılışında işlətdiyi sözlərlə bağlı “cinayət törətməyə açıq-aşkar təhrik” maddəsi ilə istintaq başladılıb.

    Məlumata görə, prokurorluq proqramın görüntülərini tələb edib və başladılan istintaqa Portakal barəsində daha 16 şikayət ərizəsi daxil edilib.
    PAYLAŞ:

    Oxşar xəbərlər