Güclü külək Bakını cənginə alıb - YENİLƏNİB - VİDEO

Güclü külək Bakını cənginə alıb - YENİLƏNİB - VİDEO
  • Sosial

  • Şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasının bəzi yerlərində arabir 30- 35 m/saniyəyədək şiddətlənib.

    Bu barədə Oxu.Az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

    Dalğanın hündürlüyü “Günəşli” yatağında 4,8 metrə çatıb. Respublika ərazisinin əksər rayonlarında, eyni zamanda, paytaxtda yağıntılı hava şəraiti müşahidə olunur. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 4-5 dərəcə isti təşkil edir

    07:19

    Bakıda əsən şimal-qərb küləyinin sürəti saniyədə 24 metrə çatır, Abşeron yarımadasında isə saniyədə 26 metr, arabir 30 metrə qədər şiddətlənir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyində yaradılan Qərargahdan məlumat verilib.

    Dalğaların hündürlüyü “Günəşli” yatağında 3,8 metr təşkil edir.


    PAYLAŞ:

    Oxşar xəbərlər