Asiya.az xəbər verir ki, saat 08.00-da “Əjdərbəy” məscidində, saat 09.00-da isə “Təzəpir” məscidində bayram namazının qılınmasına başlanıb.
“Təzəpir” məscidində bayram namazında Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə də iştirak edib.
Qeyd edək ki, Azərbaycanda Ramazan bayramı münasibətilə iyunun 5-i və 6-sı qeyri-iş günüdür.