Asiya.az xəbər verir ki, sənətçi “Mən gəlirəm” adlı mahnısını təqdim edib. Bəstə Kazımovanın rəsmi “Youtube” səhifəsində "Ramazan Bayramınız mübarək olsun" şərhi ilə yerləşdirilib.
Bundan əlavə, pop-diva sözügedən mahnı üçün hazırlanan çarx üçün çəkilən fotoları da İnstaqram hesabında paylaşıb. A. Kazımovanın geyimini bu dəfə də tanınmış modelyer-dizayner Rüfət İsmayıl hazırlayıb.
Qeyd edək ki, “Mən gəlirəm”in müəllifi Sevinc Ağasıyevadır.