Asiya.az bildirir ki, hadisə zamanı 60 nəfərə qədər sudanlı öldürülüb.
“Associated Press”in məlumatına görə, bu gün Nil çayından daha 40 cəsəd çıxarılıb. Bununla da ölənlərin sayı 100-ə çatıb.
Sudanda bu il davam edən 4 aylıq etirazlardan sonra hərbi çevriliş baş verib. Prezident Ömər əl Bəşir hakimiyyətdən uzaqlaşdırılaraq həbs edilib. Hakimiyyəti hərbi keşid şurası ələ keçirib. Hərbçilərin vədlərinə baxmayaraq, xalqın etirazları dayanmır. Nümayişçilər vətəndaş hakimiyyət orqanının yaradılmasını tələb edirlər.