Asiya.az Lenta.ru-ya istinadən xəbər verir ki, 51 yaşlı Debbi Zunat özündən yaşca çox kiçik olan qardaşı Coya ərə gedib.
3 yaşından etibarən övladlığa verilən Debbi 35 yaşına çatanda qardaşının olduğu xəbərini alıb. Öz doğmasınının axtarışı üçün detektiv tutan Zunat 2014-cü ildə Conu tapıb. Qadın doğma qardaşı ilə ilk görüşü zamanı ona aşiq olub. Debbinin hisslərinə doğma qardaşı da qarşılıq verib. Florida ştatının qanunlarına əks olaraq, fərqli soyadlar daşıyan cütlük 2015-ci ildə evlənib. Soyadların fərqliliyi onların nikahlarının qeydə alınmasına mane olmayıb. Cütlük yaxınlarının qınağına tuş gəlməmək üçün uzun müddət bacı-qardaş olduğunu gizlədib.
Lakin insest əlaqə uzun çəkməyib.Debbi Zunatla Co bu ilin əvvəlində boşanıb.