Bakıda helikopterlə paytaxtın səmasını gəzmək təklif olunur-FOTO

Bakıda helikopterlə paytaxtın səmasını gəzmək təklif olunur-FOTO
  • Maraqlı

  • Bakıda nəqliyyat vasitələrinin kirayəsi dedikdə ilk növbədə avtomobillərin icarəsi ağla gəlir.

    Bakıda “Rent a car”la sadə vətəndaşlar, ayrı-ayrı şirkətlər məşğul olur və hər növ minik, yük maşınları,avtobuslar icarəyə verilir. Bu hallar getdikcə artmaqdadır və adi hala çevrilib.

    Asiya.az xəbər verir ki, sosial şəbəkələrin birində bu qəbildən olan şirkətlərdən biri reklamlarında deyildiyi kimi Bakıda ilkə imza atıb, bizim üçün hələ qeyri-adi olan helikopter kirayəsi təklif edir. Reklamda deyilir ki,şirkət Bakı səmasında “gəzmək” üçün ən münasib və sədə şərtlərlə, depozitsiz, girovsuz helikopterin icarəsini təşkil edir:” Bakıda ilk!Gördüyünüz bu helikopteri 1 günlük kirayə götürüb Bakının səmasını gəzib geri dönə bilərsiniz”. Ehtimal etmək olar ki,bu cür səyahətin saatı heç də ucuz olmaz.


    Bakıda helikopterlə paytaxtın səmasını gəzmək təklif olunur-FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər