Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, səhər saatlarında şəhərin M.Ə.Rəsulzadə küçəsi 147, ev 28-də yaşayan Çingiz Cəlil oğlu Zəkəryəyev yaşadığı evin qarşısında naməlum şəxs və ya şəxslər tərəfindən döyülüb.
Xəsarət alan Ç.Zəkəryəyev Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, yaralıya qapalı kəllə-beyin travması diaqnozu qoyulub.
Fakt araşdırılır.