Asiya.az xəbər verir ki, sosial şəbəkədə yayılan görüntülərdə həmin şəxsin ətrafdaklılar tərəfindən döyülməsi öz əksini tapıb.
Həmin görüntüləri təqdim edirik:
Qeyd edək ki, noyabrın 12-də saat 22.45 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində 1994-cü il təvəllüdlü Eldəniz Təmrazlı və 1992-ci il təvəllüdlü Şəhriyar Hadili yolu bağlayaraq oradan keçən avtomaşınlara və şəxslərə hücum ediblər.
Bakı Şəhər Baş Polis idarəsindən verilən açıqlamaya görə hadisəni törədən hər iki şəxs Sabunçu RPİ 13-cü polis bölməsinə gətirilib və onların hadisə zamanı içkili olduqları müəyyən edilib.
Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsilə inzibati xəta haqqında protokol tərtib edilərək, Sabunçu Rayon Məhkəməsinə göndərilib.