Millət vəkili Panamada şirkət açdığını boynuna aldı:“GEDİN, İŞİNİZLƏ MƏŞĞUL OLUN...”

Millət vəkili Panamada şirkət açdığını boynuna aldı:“GEDİN, İŞİNİZLƏ MƏŞĞUL OLUN...”
  • Siyasət / Manşet

  • Araşdırmaçı jurnalist Cavanşir Həsənli millət vəkili Hüseynbala Mirələmovun Panamada şirkəti olduğunu qeyd edib.

    Məlumata görə, şirkətin digər direktoru mədəniyyət naziri Əbülfəs Qarayevdir. 2018-ci ildən isə Hüseynbala Mirələmovun oğlu Fərid Mirələmovun da adı direktorlar şurasına daxil edilib.

    Asiya.az xəbər verir ki, məsələ ilə bağlı unikal.org-a açıqlama verən Hüseynbala Mirələmov bildirib ki, onun şirkət sahibi olmasında qəbahət heç nə yoxdur:

    "Nə şirkət açmaq günah, nə də şirkət sahibi olmaq cinayətdir. Bunu yazan şəxslər gedib, işləri ilə məşğul olsunlar."
    PAYLAŞ:

    Oxşar xəbərlər