Eyni zamanda şəhid İbiş Məmmədovun yaşadığı ünvanda onun ailə üzvləri ilə görüşü baş tutdu.
Asiya.az xəbər verir ki, daha sonra sakinlərin müraciəti əsasında Hövsan qəsəbəsi, Zeytunluq adlanan ərazidə yaşayan bir qrup sakinlə görüş keçirildi. Sakinləri narahat edən məsələlər yerindəcə dinlənərək müvafiq qeydlər aparıldı. Sakin Bəhram Səfərov onları narahat edən problemlərin həlli istiqamətində aidiyyati qurumlar qarşısında Sevinc Fətəliyevanın məsələ qaldıracağına inandığını bildirdi. B.Səfərov Sevinc xanımın fəaliyyətindən razı olduqlarını və növbəti dəfə ona səs verəcəklərini qeyd etdi. Sakinlərə təşəkkür edən Sevinc xanım, 9 fevral tarixində keçiriləcək seçkilərdə fəal olmağa səslədi.