"Hər bir hökumət məmuru xalqın xidmətində dayanmalıdır" - İqbal Ağazadə (FOTO)

"Hər bir hökumət məmuru xalqın xidmətində dayanmalıdır" - İqbal Ağazadə (FOTO)
  • Cəmiyyət

  • Deputatlığa namizəd, Ümid Partiyasının sədri İqbal Ağazadə Tusi 49 ünvanında yaşayan seçicilərlə görüşüb. Soyuq hava şəraitinə baxmayaraq açıq fəzada keçirilən görüşdə izdiham yaşanıb.

    Asiya.az xəbər verir ki, İqbal Ağazadə çıxış edərək ölkə vətəndaşlarının bir çox problemlərini dilə gətirib, onların həll yollarının vacibliyini vurğulayıb: "Biz istəyirik ki, gənc nəsillərimiz, körpə balalarımız sağlam böyüsün. İnsanlar ehtiyac içərisində yaşamasın. Hər bir hökumət məmuru xalqın xidmətində dayanmalıdır".

    Seçkidə saxtakarlıq edə biləcək şəxslərə müraciətlə İ.Ağazadə bildirib: "Üzümü komissiya üzvlərinə tuturam. Sizi allahınız, kitabımız, vicdanınız, namusunuz və şərəfiniz adına and verirəm ki, saxtakarlıq etməyin, bu millətin halal səsinə haram qatmayın. Allah bütün günahları bağışlayar, bircə qul haqqından başqa. Kimsənin, Ananın, atanın, körpənin haqqına girib günaha batmayın. Düşünməyin ki, bunu mandata görə deyirəm, bunu sizlərin çirkaba bulaşmamanız üçün deyirəm. Biz onsuz da seçicinin haqqını qorumağı bacarırıq".

    Görüşə qatılan seçicilər İ. Ağazadəni əmin ediblər ki, mütləq seçkiyə qatılacaq və məhz ona səs verəcəklər.


    "Hər bir hökumət məmuru xalqın xidmətində dayanmalıdır" - İqbal Ağazadə (FOTO)
    "Hər bir hökumət məmuru xalqın xidmətində dayanmalıdır" - İqbal Ağazadə (FOTO)
    "Hər bir hökumət məmuru xalqın xidmətində dayanmalıdır" - İqbal Ağazadə (FOTO)
    PAYLAŞ:

    Oxşar xəbərlər