Koronavirus ərəb ölkələrini cənginə alıb Türkiyəyə sıçradı

Koronavirus ərəb ölkələrini cənginə alıb Türkiyəyə sıçradı
  • Dünya

  • İranı koronavirus bürüyür. Ölənlərin sayı 11-ə çatıb. Hərçənd, rəsmi Tehran yalnız 6 nəfərin həyatını itirməsini etiraf edir.

    Asiya.az
    xəbər verir ki, Türkiyənin 3 vətəndaşı koronavirusu İrandan Türkiyəyə gətirib. Bizim bir qonşu ölkədən digərinə daxil olan türkiyəlilər Vanda yüksək temperatura görə xəstəxanaya yerləşdiriliblər. Onlar infeksiya şöbəsində saxlanılır.

    İranlı siyasi fəal Məhəmməd Əhvazenin “Twitter” hesabında yazdığına görə, bu ölkədə koronavirusa yoluxanların bir çoxu Türkiyəyə qaçmağa çalışır. İran sərhədçiləri onların qarşısını maksimum almağa çalışır.

    Cənub qonşumuzda bütün məktəblər, ali təhsil ocaqları, kinoteatrlar bağlanıb. İdman oyunları 10 günlük təxirə salınıb.

    Koronavirus ərəb ölkələrinə də çatıb.

    Bəhreyn ilə Küveytdə ilk koronavirus hadisəsi qeydə alınıb

    Belə ki, hər iki ölkəyə İrandan gəlmiş şəxslərdə koronavirus aşkarlanıb.

    Belə ki, Bəhreyndə İrandan gəlmiş vətəndaşa koronavirus diaqnozu qoyulub. Küveytdə isə 3 nəfər koronavirusa yoluxub, onlardan biri İrandan gəlmiş Səudiyyə Ərəbistanı vətəndaşıdır.
    PAYLAŞ:

    Oxşar xəbərlər