Lerikdə "Gələcəyimizi bir yerdə qoruyaq, narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib - FOTO

Lerikdə "Gələcəyimizi bir yerdə qoruyaq, narkomaniyaya yox deyək!" mövzusunda görüş keçirilib - FOTO
  • Lerik / Sosial

  • Lerik Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə "Gələcəyimizi bir yerdə qoruyaq, narkomaniyaya yox deyək!" mövzusunda maarifləndirici görüş keçirilib.

    Asiya.az xəbər verir ki, Lerik RPŞ-nin rəisi, polis polkovniki Ramil Mustafayev çıxış edərək, gənclərin sağlam nəsil kimi formalaşması istiqamətində polis əməkdaşları tərəfindən mütəmadi olaraq həyata keçirilən maarifləndirmə tədbirlərindən, narkomaniyaya qarşı mübarizənin əhəmiyyətindən danışıb. Narkomaniyanın fəsadlarından, insan sağlamlığına və həyatına göstərdiyi mənfi təsirlərdən söz açaraq iştirakçılara geniş məlumatlar verib.
    Sonra çıxışlarda erkən nikahların mənfi nəticələrindən danışılıb, bu halın ailələrdə münaqişələrə, boşanmalara və sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olduğu diqqətə çatdırılıb.


    PAYLAŞ:

    Oxşar xəbərlər