“Baron Şəmi” və oğlu güllələndi – VİDEO/FOTO

“Baron Şəmi” və oğlu güllələndi – VİDEO/FOTO
  • Manşet / Hadisə

  • Masallı rayon sakinləri, "Baron Şəmi" ləqəbi ilə tanınan narkobaron Şəmsəddin Fəxrəddin oğlu Kərimov və onun oğlu Niyaməddin Şəmsəddin oğlu Kərimov Yardımlı rayonunda güllələnib.

    Asiya.az
    xəbər verir ki, hadisə bu gün Yardımlı rayonu Eçara kəndində baş verib. Güllələnənlərdən hər ikisi hadisə yerində ölüb.

    Məlumata görə, hadisə torpaq üstündə baş verib. Şəmsəddin Kərimovun Yardımlı rayonunda böyük torpaq sahəsi və ferma təsərrüfatı olduğu bildirilir. Şəmsəddin oğlu Niyaməddinin idarə etdiyi “Niva” avtomobillə Masallıdan gedib həmin fermanın həyətində maşınından düşmək istəyərkən qardaşı Nürəddin Kərimov tərəfindən ov tüfəngi ilə atəşə tutulub. Qardaşını güllələyən Nürəddin və oğlu hadisə yerindən İran İslam Respublikasının Yardımlı rayonu ilə sərhəd olan Deman kəndi istiqamətində qaçdıqları deyilir. Onların axtarışına başlanılıb.

    “Baron Şəmi” və oğlu güllələndi – VİDEO/FOTO

    Şəmsəddin Kərimovun Masallı şəhərində “Ovçular” adlı mağazası var.

    Şəmsəddin Kərimov “Baron Şəmi” ləqəbi ilə tanınıb.

    O müxtəlif cinayət əməllərinə görə 7 dəfə həbs həyatı yaşayıb. Onun öldürülən oğlu da yaxın vaxtlarda həbsdən azad edilib.

    “Baron Şəmi” sonuncu dəfə həbs edilərkən çəkilən video görüntünü təqdim edirik:
    PAYLAŞ:

    Oxşar xəbərlər