“Koronavirus yayda yoxa çıxsa, bu, taleyin hədiyyəsi olar, lakin buna bel bağlamağa dəyməz”, - deyə Rayan bildirib.
Onun sözlərinə görə, virus qrip kimi asan yox olmayacaq.
“Hazırda bunun baş verəcəyini hesab etməyə əsas yoxdur. Buna görə də, öz-özünə keçəcəyinə ümid etmədən, virusla indi mübarizə aparmaq lazımdır”, - deyə ÜST rəsmisi qeyd edib.