Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə Qənirə Paşayeva təltif edildi - FOTO

Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə Qənirə Paşayeva təltif edildi - FOTO
  • Cəmiyyət

  • Mahmud Kaşqari adına Beynəxalq Fondun Mükafat Komissiyası Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi böyük xidmətlərə görə millət vəkili, prof.dok Qənirə Paşayevanı “Beynəlxalq Mahmud Kaşqari Mükafatı” ilə təltif edib.

    Asiya.az
    xəbər verir ki, təqdimetmə mərasimi 10 mart 2020-ci ildə, saat 16-00 –da keçirilib.

    2006-cı ildə Mahmud Kaşqari adına Beynəlxalq Fond tərəfindən təsis edilən “Beynəlxaq Mahmud Kaşqari Mükafatı" Türk-İslam mədəniyyəti qarşısında özəl xidmətlərə görə Beynəlxalq Komissiya tərəfindən verilir.

    Komissiyanın sədri görkəmli Qazaxstan yazıçısı, akademik Sabit Dosanovdur. Mükafatı alanlar sırasında Türkiyənin 9-cu prezidenti Suleyman Dəmirəl, görkəmli şair Oljas Suleymenov (Qazaxstan), akademik Abel Məhərrəmov, akademik İsa Həbibbəyli, akademik Muxtar İmanov, akademik Teymur Kərimli, əməkdar elm xadimi, prof. dok. Qəzənfər Paşayev, professor Namik Kamal Zeybek (Türkiyə), Türk Ədəbiyyatı Vakfının başqanı Sərhat Kabaklı, akademik Sabit Dosanov (Qazaxstan), rus filosofu Aleksandr Dugin, xalq yazıçısı Çingiz Abdullayev, Qazaxstan Yazıçılar Birliyinin sədri, şair Ulugbek Esdoulet, Qırğızıstanın xalq şairi Mark Abay Aamatov, xalq şairi Sabir Rüstəmxanlı, şair Rüstəm Behrudi və digər məşhur şəxslər var.

    Mahmud Kaşqari adına Beynəlxalq Fond AYB sədri Anar Rzayev, Arif Əmrahoğlu və Elxan Zal Qaraxanlı tərəfindən təsis edilib.

    Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə Qənirə Paşayeva təltif edildi - FOTO
    Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə Qənirə Paşayeva təltif edildi - FOTO
    Türk-İslam mədəniyyəti qarşısında göstərdiyi xidmətlərə görə Qənirə Paşayeva təltif edildi - FOTO
    PAYLAŞ:

    Oxşar xəbərlər