Yolu həbsxanadan keçən idmançılarımız - II ARAŞDIRMA

Yolu həbsxanadan keçən idmançılarımız - II ARAŞDIRMA
  • İdman

  • Adı qalmaqallarda hallanan, yolu polis, məhkəmə, həbsxanadan düşən idmançılar haqqında araşdırmamız davam edir.

    İkinci yazımızda da idmançılarımızın adının qarışdığı cinayət hadisələrindən bəhs edəcəyik:

    2012-ci ildə Azərbaycan komandasının tərkibində 74 kiloqram çəki dərəcəsində döyüş sambosu üzrə dünya çempionu olan Sadiq Kərimov 2015-ci ildə Sankt-Peterburqda saxlanılıb. O, hədə-qorxu yolu ilə böyük miqdarda pul tələb etməkdə ittiham olunub.

    Yolu həbsxanadan keçən idmançılarımız - II ARAŞDIRMA

    İstintaqa görə, 2012-ci ildə S.Kərimov şəxsiyyəti təyin olunmamış şəxslərlə birgə kafedə ölümlə hədələyərək 2 nəfərdən 3 milyon rubl tələb edib. Digər kafedə də onlar başqa şəxslərdən pul tələb edib, sonra isə qanunsuz olaraq BMW markalı avtomobili mənimsəyiblər.

    Uşu-sanda üzrə ikiqat Dünya və Avrоpa çеmpiоnu, Azərbaycanın uşu-sanda yığmasının keçmiş baş məşqçiсi Canpоlad Budaqоv bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub.

    Budaqov 2007-ci ildə narkotik vasitələrin qanunsuz hazırlanması və istifadəsində təqsirli bilinərək 2 il müddətinə azadlıqdan məhrum edilib və 2009-cu ildə həbsdən azad edilib.

    Yolu həbsxanadan keçən idmançılarımız - II ARAŞDIRMA

    2011-ci ilin yanvar ayında isə Nəsimi Rayon Polis İdarəsi Budaqov barəsində axtarış elan edib. Məlumatda bildirilib ki, C. Budaqov Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təqsirləndirilib. O, 2010-cu ildə xuliqanlıq əməli törətməkdə təqsirli bilinərək, barəsində cinayət işi başlanıb. Lakin C. Budaqov Azərbaycanda olmadığından onun barəsində məhkəmənin qərarı ilə axtarış elan edilib. Həmin ərəfədə Rusiyada olan idmançının adı paralel olaraq başqa cinayətə də qarışıb və qətldə təqsirləndirilib.

    Yolu həbsxanadan keçən idmançılarımız - II ARAŞDIRMA

    İstintaqın versiyasına görə, 40 yaşlı Canpolad Budaqov 2011-ci ilin avqust ayında Samarada sahə müvəkkili, erməni Samvel Mehrabovla yaranan mübahisə zamanı onu bıçaqlayıb. Avqustun 1-nə keçən gecə 25 yaşlı sahə müvəkkili Samvel Mehrabov "Vodopad” kafesində atasının yubileyini keçirirmiş. Bir masa arxasında oturan qonaqlar arasında yaranan mübahisəyə qarışan polisi Azərbaycan vətəndaşı bıçaqla vurub və hadisə yerindən qaçıb.

    İstintaq müəyyən edib ki, azərbaycanlı idmançı hadisəni törətdikdən sonra Orenburqda qohumlarıgilə sığınıb, bu ilin oktyabrında isə Moskvaya gedib. Oktyabrın 17-də Moskvada ələ keçən idmançı hadisə törətdiyini etiraf edib. Məhkəmə onun həbsinə və Samaraya göndərilməsinə qərar verib.

    Yolu həbsxanadan keçən idmançılarımız - II ARAŞDIRMA

    2018-ci ildə kikboks üzrə 5 qat dünya çempionu Ehram Məcidov qaynatasını döydüyünə görə 5 il müddətinə azadlıqdan məhrum edilib. E.Məcidov qayınatasının yaşadığı ünvana gedərək aralarında yaranan ailə-münaqişəsi zəmnində onu döyərək ağır xəsarətlər yetirib. İdmançının qayınatası ağır vəziyyətdə paytaxtdakı xəstəxanalardan birinə yerləşirilib.

    Qanunsuz silah gəzdirmədə ittiham olunan qaydasız döyüşçü, Avrоpa ikincisi Azad Məmmədоv doğulduğu Şəki rayonunda yaxın qohumunun yas mərasimində iştirak edərkən rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həbs olunub. Evində aparılan axtarış zamanı bir ədəd «Vinçester» tipli silah, bir ədəd «Tir» tüfəngi və qaz tapançası aşkar edilərək götürülüb.

    Güləş üzrə üçqat dünya çempionu Saday İsmayılov da 2 dəfə həbsdə olub. O da hədə-qorxu gəlməklə pul tələb etmə maddəsi ilə cəzalanıb.

    2014-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsində iş adamına hədə-qorxu gələrək külli miqdarda pul tələb edən Saday İsmayılov və Cəlilabad rayon sakini Vaqif İbadov Cinayət Məcəlləsinin 145-ci (qanunsuz azadlıqdan məhrum etmə), 181-ci (quldurluq) və 182-ci (hədə-qorxu ilə tələb etmə) maddələri ilə ittiham ediliblər.

    Məhkəmənin hökmü ilə Saday İsmayılov 12 il 6 ay, Vaqif İbadov 13 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, 2013-cü ilin avqustun 9-da Saday İsmayılov tanışı Vaqif İbadovla birlikdə biznesmen Əli Məmmədovu hədələyərək 500 min manat tələb edib. Əli Məmmədov pul verməkdən imtina edib. Bu zaman o, Əli Məmmədovu maşında saxlayaraq tələbini davam etdirib. Bundan sonra Əli Məmmədov ona 120 min manat verməyə razılaşıb.

    Yolu həbsxanadan keçən idmançılarımız - II ARAŞDIRMA

    Əli Məmmədov tanışı İmran adlı şəxsə zəng edərək 120 min manat gətizdirib. Həmin məbləği alan Saday İsmayılov qurbanını azad buraxıb. O, növbəti dəfə Əli Məmmədovu hədələyərək 150 min manat tələb edib.

    Nəhayət, Əli Məmmədov hədə-qorxu yolu ilə pul tələb edilməsi ilə bağlı Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edib. Zərərçəkmişin şikayəti əsasında idarə əməkdaşları əməliyyat keçirib, Saday İsmayılov və Vaqif İbadov həbs ediliblər.

    Peşəkar idmançı olan Saday İsmayılov güləş üzrə üçqat dünya çempionu adına layiq görülüb. Azərbaycan Güləş Federasiyasının idman işləri üzrə şöbə müdiri olub. 2009-cu ildə Federasiyanın idman şöbəsində ştatdankənar əməkdaş kimi fəaliyyət göstərib. Onun Federasiya ilə əməkdaşlığı cəmi bir neçə ay çəkib.

    Vaqif İbadov isə əvvəllər daha bir neçə ağır cinayəti törətdiyi üçün məhkumluq həyatı yaşayıb.

    Ardı var...

    Sport7.az
    PAYLAŞ:

    Oxşar xəbərlər