Fikrət Fərəməzoğlu apellyasiya şikayəti verdi

Fikrət Fərəməzoğlu apellyasiya şikayəti verdi
  • Sosial / Hadisə

  • Hədə-qorxu ilə tələb etmədə təqsirli bilinən baş redaktora bəraət istənilir

    Asiya.az xəbər verir ki, “Jam.az” saytının rəhbəri Fikrət İbişbəylinin (Fərəməzoğlu) barəsində Bakı Ağır Cinayətlər Məhkəməsinin hökündən apellyasiya şikayəti verilib. Vəkil Cavad Cavadlının bildirdiyinə görə, apellyasiya şikayətində F.Fərəməzoğlu barəsində bəraət hökmü çıxarılması xahiş edilib.

    Bakı F. Fərəməzoğlu Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 2 il jurnalist fəaliyyəti ilə məşğul olmamaq şərti ilə 7 il müddətinə azadlıqdan məhrum edilib.
    Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsinin müxtəlif bəndləri ilə təqsirli bilinib.

    F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin yaydığı məlumata görə, Xətai rayonunda yerləşən restoranlardan birinin sahibi olan paytaxt sakini DİN-ə müraciət edərək İbişbəyli Fikrət Fərəməz oğlunun rəhbəri olduğu “Jam.az” və digər saytlarda obyektinin işgüzar nüfuzuna xələl gətirən materiallar yaydığını, həmin yazıları saytdan çıxarmaq müqabilində bu ilin aprel ayında ondan 1000 manat aldığını və gələcəkdə bu səpkili materialların yazılmaması üçün hər ay pul tələb etdiyini bildirib. “Aparılan araşdırmalarla müraciətdə göstərilən xüsusatlar təsdiqini tapıb və həyata keçirilmiş əməliyyat tədbirləri ilə Fikrət İbişbəyli iyunun 30-da həmin şəxsdən eyni üsulla 3000 manat alarkən saxlanılıb” – rəsmi məlumatda qeyd edilir.
    PAYLAŞ:

    Oxşar xəbərlər