Asiya.az axşam.az-a istinadən xəbər verir ki, sağlamlıq naminə təkcə adi insanlar deyil, məşhurlar da ehtiyatlı davranmağa başlayıblar. Onlardan biri də ifaçı Zamiqdir.
Sənətçi və musiqçi qrupunun üzvləri bu gün apardıqları toya üzlərində maska ilə qatılıblar. Zamiq maska ilə çəkilmiş şəkli sosial media hesabında yerləşdirib və insanları pozitiv olmağa səsləyib:
"Pozitiv olun! Özünüzü qoruyun! İnanın ki, hər şey yaxşı olacaq. Allah hamımızı qorusun. Amin".