Asiya.az xəbər verir ki, bu sözləri Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.
O bildirib ki, şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq:
"Region qeydiyyatında olan sərnişinlərdən xahiş edirik ki, avtovağzallara "qayıda bilərəm" ümidi ilə yaxınlaşmayın. DANX və digər aidiyyatı strukturların əməkdaşları region avtovağzallarına ezam olunacaq və o müddətdə şəxsiyyət vəsiqələri yoxlanılaraq geri dönüş təmin olunacaq.
22, 23, 24, 25, 26 mart tarixləri üçün gediş-gəlişin hansı formada təyin olunacağına gəlincə, əgər tələbat olarsa, əlavə reyslər təmin oluna bilər. Bu barədə əlavə məlumat veriləcək".